Erməni tələbələr MSK binasına yürüş edib

Erməni tələbələr MSK binasına yürüş edib

İrəvan Dövlət Universitetinin binası qarşısına toplaşan tələbələr Mərkəzi Seçki Komissiyasının binasına doğru yürüş ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, tələbələr Ermənistanda ədalət bərpa olunana qədər tətili davam etdirəcəklərini söyləyiblər. Aksiyada MSK sədri nəzərdə tutularaq "Mukuçyan, ayıb olsun!" şüarı səslənib.

Tələbələr bildirdiblər ki, bu, ilk gündür və sabah, ondan sonra nə olacağını bilmirlər: "Vətənimizdə azadlıq uğrunda mübarizə başlayıb. Tətil hər vətəndaşın konstitusion hüququdur və heç kim buna qadağa qoya bilməz. Biz demokratik seçki tələb edirik",

Tələbələr MSK-nın saxta nəticələr elan etdiyini xatırladaraq polislərdən MSK-dakı cinayətkarların həbs olunmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə