Uşak bələdiyyə başkanı millət vəkili Qənirə Paşayevanın bununla bağlı təklifini qəbul edib
Millət vəkili Qənirə Paşayeva Uşak bələdiyyə başqanı Ali Erdoğan ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə konfransda iştirak etmək üçün Uşak şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , - deyib.
Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunui qeyd edən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. "Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir", - deyən millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını bildirib.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.
Millət vəkili Uşakda Xocalı Soyqırımı qurbanlarına abidənin qoyulmasının vacibliyinə diqqət çəkərək bu addımın əhəmiyyətindən danışıb və təkliflərini səsləndirib.
Uşak bələdiyyə başqanı Ali Erdoğan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib: "Biz qardaş olan iki ölkənin övladları arasında bu bağı daha çox qüvvətləndirməliyik. Biz də əlimizdən gəldiyi qədər qardaş ölkəmizə dəstək olacağıq. Xocalı qətliamına diqqət çəkmək üçün bələdiyyə məclisinin qərarı ilə soyqırımı abidəsini tikmək qərarını qısa müddətdə həyata keçirəcəyik".
Görüşdə DAK başqan yardımçısı Asif Qurban, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva, TİMUR başqanı Cingiz Bayramov da da iştirak edib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Uşak bələdiyyə başqanı Ali Erdoğana Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB