Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Serj Sarkisyanı təbrik etməsi Azərbaycanda təəccüb və ürək ağrısı doğurur. Hər kəsin bu məsələyə münasibəti birmənalıdır. Hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətləri müstəvisində belə hadisələrin baş verməsi narahatçılığa yol açır. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəylinin sözlərinə görə, S.Sarkisyanın prezidentliyi hələ təsdiqlənməyib: "Digər namizəd Ermənistanın "İrs" partiyasının sədri Raffi Hovansiyan seçkilərinin nəticələrini tanımadığını elan edib və onun da topladığı səslər bunun üçün kifayət qədər əsas verir. Belə olan təqdirdə Türkiyə prezidentinin tələskənliyə yol verərək, S.Sarkisyanı təbrik etməsi sırf demokratik prinsiplər baxımından yol verilməzdir. Ümumiyyətlə, diplomatiya tarixində rəsmi nəticə elan olunmamış təbrikin ünvanlanması yalnız çox yaxın dost ölkələr arasında olan münasibətlərə aiddir. Məlumatıma görə, Ermənistan-Türkiyə münasibətləri bu səviyyədə deyil. Türkiyənin Ermənistana qarşı həm ərazi iddiaları ilə çıxış etməsi, həm də qondarma soyqırım iddialarını davam etdirməsi həmin adıçəkilən təbrikin ünvanlanmasına əsas vermir. Digər bir amil isə S.Sarkisyanın Xocalı soyqırımdakı birbaşa iştirakıdır. Təbii ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Türkiyənin bəzi siyasətçiləri düşünürlər ki, Ermənistana qarşı nə qədər çox addım atılarsa, bu ölkənin mövqelərində yumşalmalar əmələ gələ bilər. Lakin bu indiyədək aparılan siyasətdə özünü doğrultmayıb. A.Gülün nə "Futbol diplomatiya"sı, nə də qeyri-qanunsuz erməni miqrantların Türkiyədə qanunazidd olaraq qorunub-saxlanılması, onların iş yerləri ilə təmin edilməsi və s. humanist addımları Ermənistanı Türkiyəyə qarşı ərazi iddialarından çəkindirməyib".
Siyasi şərhçi hesab edir ki, Türkiyə siyasətində bir məqamı çox yanlış dəyərləndirirlər: "Əvvəla, Ermənistan müstəqil dövlət deyil. Hətta işğalçı dövlətdə keçirilən seçkiləri belə Rusiya təşkil etmişdi. Belə olan təqdirdə Ermənistanın Türkiyəyə qarşı hər hansı pozitiv addım atması mümkünsüzdür. Çünki Rusiya ilə Türkiyənin maraqları regionda kəskin toqquşur və bu tarix boyu da belə olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB