Tovuzun Əlibəyli kəndində vəziyyət gərgindir
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndini yenidən atəş altında saxlayıb. Saat 19:00 radələrindən başlayaraq 03:03-dək düşmən tərəfi milli ordumuzun mövqelərini, həmçinin kəndi iri və xırda çaplı silahlardan atəşə tutub. Nəticə etibarilə kəndin əksər evləri tamamilə dəlik-deşik olub. Bundan əlavə bəzi vətəndaşların tövlələri, Əli Həsənov adlı şəxsin isə mənzili yanıb. Xoşbəxtlikdən atışma zamanı ölən və ya yaralanan olmayıb. Kənd İcra nümayəndəliyindən SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən, bu saatlarda kənddə vəziyyət sabitdir.
İlham Məmmədov
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB