Siyavuş Novruzov: "ATƏT niyə bu halları görmür"

Siyavuş Novruzov: "ATƏT niyə bu halları görmür"

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə Türkiyəni dəstəkləyən açıqlama ilə çıxış edib: "Ermənistanla Azərbaycan arasında münaqişə başlayan kimi ilk olaraq sərhədi bağlayan Türkiyə olub". SİA-nın xəbərinə görə, millət vəkili bunun ardınca isə Ermənistanda keçirilən seçkilərdən bəhs edib.

"Bizdə seçki keçiriləndə ATƏT-in pusquda duran müşahidəçiləri 8 ay burada monitorinq aparırlar. Gah seçkiyə iki ay qalmış bəyanat verirlər, gah seçki öncəsi vəziyyətin monitorinqini açıqlayırlar, gah seçki günü bəyanat verirlər, gah da seçkidən iki ay sonra… Amma bunların Ermənistanda seçki prosesi ilə bağlı bir bəyanatı da yoxdur. Namizədlərin mediada çıxış etməsinin monitorinqini aparmadılar, bir namizədə sui-qəsd oldu. Bəs niyə bu halları görmürlər?", - deyə millət vəkili suallarını beynəlxalq təşkilarlara ünvanladı.

Bütün xəbərlər Facebook səhifəmizdə