Gəncədə YAP-ın yeni üzvlərinə partiya biletləri paylanıb FOTOLAR

Gəncədə YAP-ın yeni üzvlərinə partiya biletləri paylanıb FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatında gənclərlə görüş keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə partiyaya üzv olmaq istəyənlərə partiya biletləri paylanılıb. Təxminən 20-dən artıq gənc YAP-sıralarına daxil olub.

Görüşdə həmçinin partiyanın müstəqilliyimizin tarixində tutduğu yerdən, suverenliyimiz üçün həyata keçirilən geniş layihələrdən danışılıb. "Bu gün YAP sıralarına gənclərin axını xüsusi ilə diqqət cəlb edir. Şəhər strukturlarında, qəsəbələrdə digər ərazilərdə yaşayan soydaşlarımız Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün bizə müraciət edirlər", - deyə partiyanın Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov bildirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə