YAP-ın icra katibi Salyanda gənclərlə görüşüb FOTOLAR

YAP-ın icra katibi Salyanda gənclərlə görüşüb FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov bu gün Salyanda partiyanın rayon gəncləri ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, səfər görüşlərində icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.

Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, millət vəkili Siyavuş Novruzov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, partiyanın rayon gəncləri və media nümayəndələri iştirak ediblər. "Kür" oteldə təşkil olunan tədbirdə YAP Salyan rayon təşkilatının sədri Nicat Əsgərov çıxış edərək məlumat verib ki, partiya üzüvlərindən 2737 nəfərini gənclərdir: "YAP-ın üzvü olan gənclərlə mütəmadi olaraq tədbirlər keçirir, dəyimi masalar təşkil edirik. Gənclərimiz rayonun həyatında fəal iştirak edirlər".

İcra katibi Əli Əhmədov çıxışında məmunluq hissi ilə qeyd edib ki, bu gün ölkəmizin gənclərinin 200 min nəfəri taleyini YAP-la bağlayıb. Bu gənclər elmi bilikləri, dünyagörüşləri ilə seçilirlər. Sıralarımızda olan gənclərin intelektual səviyyəli, enerjili olması sabaha inamı daha da artırır. Partiyamızda gənclərin çox olması keyfiyyət baxımından tərkibimizi yaxşılaşdırır. Bizim məqsədimiz Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi budur ki, müasir təhsilli, tərbiyəli, vətənpərvərlik hissi yüksək olan gənclərə fəaliyyət üçün şərait yaradaq. Bu gün Azərbaycanda gənclər üçün münbit şərait yaranıb. Siyasi həyatını YAP-la bağlayan gənclər aktiv olmalı, təsir altına düşən gənclərimizi düz yola dəvət etməlidirlər. Azərbaycan yüksək templə inkişaf edir. Müasir dünyanın ayrılmaz hissəsinə çevrilib. Bu inkişafla yanaşı bəzi çatışmazlıqlar, nöqsanlar da mövcuddur. Biz nöqsanları bir yerdə həll etməliyik. İmkan verməməliyik ki, bizim həqiqətimizi kimsə təhrif etsin. Siz buna imkan verməməlisiniz. Sosial şəbəkələrdə fəal olun və mübarizliyinizi ortaya qoyub fədakarlığınızı göstərin. Salyanda rayon gəncləri ilə diskusiyalar təşkil edin və problemləri müzakirə edib həlli yollarını araşdırın".

İcra katibi rayon gənclərini qarşıdan gələn prezident seçkisində fəal olmağa və Azərbaycanın, doğma Salyan rayonunun inkişafı naminə İlham Əliyevin yenidən prezident seçilməsi üçün səylərini səfərbər etməyə səsləyib.

Sonda gənclərlə fikir mübadiləsi aparılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə