Politoloq: “Qarşıdurma Ermənistanı məhv edə bilər”

Politoloq: “Qarşıdurma Ermənistanı məhv edə bilər”

Ermənistanın keçmiş Xarici İşlər naziri Raffi Hovanisyan artıq seçkiləri udub. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev erməni müxalifətinin bu gün "Azadlıq" meydanında reallaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.

Cümşüd Nuriyevin sözlərinə görə, artıq Ermənistanda çox ciddi qarşıdurma mövcuddur: "Dağlıq Qarabağ ermənilərini artıq Ermənistan cəmiyyəti belə qəbul etmir. Onların hal-hazırda təmsilçiyi 60 faizi ötüb. Əgər nəzərə alsaq ki, Ermənistanın müdafə naziri Seyran Ohanyan və hazırki prezident Serj Sarkisyan Xocalı soyqırımında adı hallanan və İnterpolla axtarışa verilən adamlardır, onda bunu aydın sezmək olar.

Məlumdur ki, R.Hovanisyan Amerikada (ABŞ) yaşayıb və Qərb düşüncəsinə malikdir. Bu insan Ermənistanda cərəyan edən hadisələri çox gözəl bilir. Əgər iqtidar etiraf edirsə ki, 34 faiz səsi R.Hovanisyan toplayıb, onda demək bu səs iki mislinə, yəni 64 faiz səsə bərabərdir. Çünki bu insanın səslərinin əksər hissəsini saxta yollarla S.Sarkisyanın hesabına əlavə ediblər. Bundan başqa isə Ermənistanın ikinci şansı yoxdur ki, 2009-cu ilin martında baş verən hadisələri yenidən təkrar etsin. Yenidən silahlı qarşıdurma həmin bu dövləti tamamilə məhv edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə