Millət vəkili Astan Şahverdiyev dövlət başçısının keçirdiyi müşavirədən sonra Bakıda və regionlarda həyata keçirilən tədbirlərə münasibət bildirib. O, SİA-ya açıqlaması zamanı bildirib ki, dövlət başçısının harınlamış məmurlara etdiyi xəbərdarlıqlardan sonra bir sıra addımlar atılır.
A. Şahverdiyev qeyd edib ki, harınlamış insanların maşınlarından plyonkaların, əlavə quraşdırılmış konstruksiyaların sökülməsi, son bir neçə gündə korrupsiyaya qarşı aparılan mübarizənin daha da intensivləşməsi, bu yöndə profilaktik tədbirlər və korrupsionerlərin cəzalandırılması vacib idi: "Bütün bu cür mənfi addımlara, harınlamış icra başçılarına dur demək lazım idi və bunu da Cənab Prezident etdi. Bu Cənab Prezident İlham Əliyev tərəfindən atılan cəsarətli addımdır".
Millət vəkili seçiclərin ona olan müraciətlərindən də danışaraq bildirdi ki, seçiclər ona məmur özbaşınalığı ilə bağlı şikayət etmirlər: "Çünki Cəbrayıl camaatı şikayət edən deyil. Onlar əsasən mənzil təminatı və işlə bağlı müraciət edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB