YAP GB-nin "Qış məktəbi" layihəsi yekunlaşıb.

YAP GB-nin "Qış məktəbi" layihəsi yekunlaşıb.

"Fevralın 11-dən 15-ədək Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin (GB) təşkil etdiyi "Qış məktəbi" layihəsini uğurla həyata keçirərək növbəti dəfə fəal gəncləri öz ətrafımızda cəmləşdirdik. "Qış məktəbi" layihəsi əslində YAP tərəfindən əsası qoyulan "Yay məktəbi" layihəsinin davamıdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP GB-nin sədr müavini Aytac Əliyeva bildirib.

O qeyd edib ki, bu layihəyə ilk dəfə 2007-ci ildə start verilib: "İstər paytaxtımızdan, istərsə də ümumilikdə Aərbaycanın bütün rayonlarından olan fəal gəncləri biz bir araya toplayıb seminarlar, təlimlər və diskussiyalar aparırıq. Partiya rəhbərliyi sağ olsun ki, bizlərə daima diqqət və qayğı göstərir. Onlar da bizim layihələrimizin həyata keçirilməsində yaxından iştirak edirlər."

Son 3 ildir ki, "Qış məktəbləri"nin start götürdüyünü deyən A.Əliyeva qış aylarında Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclərin bu layihələrin həyata keçirlməsində iştirak etdiklərini bildirib: "Məhz qarşılıqlı polemika şəklində gözəl bir gün keçir. "Yay məktəbi"ində biz bu layihəyə 150-200 nəfərlə başlamışdıq. Daha sonra biz bu layihəyə artan marağı, fəallarımızın sayının artdığını və işimizin müsbət nəticəsini gördükdə biz bu sayı artırmağı düşündük".

Son illərdə 600-dən çox gənci "Yay məktəbi" layihəsi çərçivəsində bir araya topladıqlarını deyən A.Əliyeva bildirib ki, "Qış məktəbi"ndə 150-200 nəfər iştirak edir. Təbii ki, burada fəsil də mühüm rol oynayır".

A.Əliyeva onu da bildirib ki, bu layihələri Azərbaycanın müxtəlif reagionlarında, xüsusilə də Oğuz rayonunda həyata keçiririk: "Bir növ Oğuz rayonu bu layihə üçün doğma məkana çevrilib. Həmçinin turizmin inkişaf etdiyi şimal və cənub rayonlarımızda da bu layihələri həyata keçirməkdə davam edirik. "Yay məktəbi" layihəsi təxminən 1 ay ərzində həyata keçirlir. "Qış məktəbi" layihəsi isə 1 həftə ərzində reallaşır. Çünki qış aylarında gənclər dərslərdə olurlar və havaların soyuq olması da burda öz sözünü deyir".

A.Əliyeva layihələrin olduqca maraqlı keçdiyini və yeni kreativ fikirlər səsləndirdiyini, gənclərin layihə proqramlarına töhfə verdiyini bildirib: "Mətbuat nümayəndələri də daima bizimlə bərabər layihənin reallaşmasında iştirak edirlər".

Bu il ölkəmizdə seçki ilini olduğunu nəzər çatdıran A.Əliyeva əlavə edib ki, xalq artıq öz seçimini edib: "Bu sözləri YAP GB-də cəmləşən gənclərin fəaliyyətinə, onların avanqard gücünə baxaraq deyirəm. Bu seçkilərdə biz birmənalı olaraq ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəyik. Təbii ki, proqramlar çərçivəsində biz bu il yeni layihələrlə çıxış edərək seçki ilə bağlı işlərimiz quracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə