İşğalçı dövlət seçki saxtakarlığına adət edib

Gülsel Səfərova: “Üç milyonluq əhalisi olan Ermənistan seçkiqabağı 2.5 milyon göstərilib”
İşğalçı dövlət seçki saxtakarlığına adət edib

Bu gün biz Ermənistanda növbəti seçki oyununa şahidlik etdik. Bunu SİA-ya Avropa Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAİT) sədri Gülsel Səfərova bu gün Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən belə deyib.

AGAİT sədri maraqlı bir məsələyə də toxunub: "Görəsən, 3,5 milyonluq əhalisi olan Ermənistanda seçkiqabağı niyə bu say 2,5 milyon olaraq göstərilib? Bu ona dəlalət edir ki, artıq işğalçı dövlətdə seçkiqabağı saxtalaşdırma prosesi başlayıb. Biz bunu dəfələrlə mediadan izləmişik ki, Serj Sarkisyan hakimiyyətindən nəinki gənclər, eləcə də cəmiyyətin bütün təbəqələri artıq bezib və ona qarşı xalq bir neçə dəfə ayağa qalxıb. Burada söhbət 100-200 nəfərdən getmir, əksinə yüz minlərlə insan S.Sarkisyan hakimiyyətinə qarşı öz etiraz səsini müxtəlif formada bildirib".

G.Səfərova deyib ki, bu seçkilərdə bir çox korrupsiya halları, saxtakarlıqlar da olub: "Belə olan təqdirdə, bəs, görəsən beynəlxalq təşkilatların mövqeyi nədən ibarət olacaq? Çünki bildiyim qədər beynəlxalq təşkilatın nüamyəndələri Ermənistanda monitorinq keçiriblər. Bu hallardan sonra isə Ermənistan müxalifəti təbii ki, özünün etiraz aksiyalarına başlayacaq. Məlumdur ki, S.Sarkisyan hakimiyyəti qərəzli və insanların sosial-iqtisadi vəziyyətini heç də öndə saxlamayan bir rejimdir, Rusiyaya ayı xidməti göstərir. Hər kəs də bilir ki, S.Sarkisyan və onun ətrafında olan bir çox biznes şirkətləri Rusiyada cəmləşib. Təbii ki, bu insanın hakimiyyətdə olması Rusiya hökumətinin də, bəzi dairələrin də marağındadır. Bu baxımdan Avropa institutlarının və beynəlxalq təşkilatların rəyindən çox şey asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə