Rauf Zeyni: “Ermənistanın fəaliyyəti kimi seçkiləri də qanunsuzluqdan xəbər verir”
Hesab edirəm ki, Ermənistan adlanan respublikanın bütün fəaliyyəti beynəlxalq hüquq normalarına və qanunlara zidd olduğuna görə, orada keçirilən seçkilər də qanunsuzluqdan xəbər verir. Bunu SİA-ya Milli Qeyri-Hökumət Təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni bu gün Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.
Milli QHT Forumu prezidentinin sözlərinə görə, bütün fəaliyyəti qanunlara zidd olan ölkənin seçkiləri haqqında axı, nə demək olar? İşğalçı bir ölkənin seçki saxtakarlığı adı altında keçirdiyi seçkilərə dünya ictimaiyyəti də öz qiymətini verməlidir: "Hesab etmirəm ki, normal düşüncəsi olan insanlar, Rusiyanın "forpost"u olan, heç bir müstəqil siyasət apara bilməyən, eyni zamanda demokratik dəyərlərə uyuşmayan, işğalçı Ermənistandan demokratik seçkilər gözləsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB