“Azərbaycanın sabit və dinamik inkişafından çoxları üzüntü duyur”

Əli Həsənov: "Ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanır"
“Azərbaycanın sabit və dinamik inkişafından çoxları üzüntü duyur”

Azərbaycan bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib. Buna görə də Azərbaycanın sabit və dinamik inkişafından çoxları üzüntü duyur. Bunlarrın arasında daxildəki qüvvələrlə yanaşı bəzi qonşu dövlətlərimiz də var. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycana öz yazıçı və şairlərimizin, qələm tutan qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın adı və əli ilə zərbə vurmaq istəyən qüvvələr var: "Bu qüvvələr daxili və xarici siyasətdə qazandığımız uğurlara kölgə salmaq istəyir. Ölkə başçısı İlham Əliyev müstəqil geosiyasi siyasət ortaya qoyur. İlham Əliyev Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkəni daxildən qızışdırmaq, qarşıdurma yaratmaq istəyən elə insanlar var ki, onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminliklə deyə bilərəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqalar Şurası bütün proseslərin başında olacaq. Cəmiyyət sizdən nümunə götürsün, sizin fikirləriniz ilə idarə olunsun".

PA rəsmisi bu il keçiriləcək prezident seçkilərinə də toxunub: "Qarşıdan prezident seçkiləri gəlir. İnanın, bu, Azərbaycan üçün taleyüklü seçkidir. Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dörvünə, mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanır. Amma bizim dövləti dünyada hamı istəmir, rəqiblərimiz, bugünki inkişafı gözü götürməyənlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə