Əli Həsənov: “Prezident İlham Əliyev də sizinlə işləməyə hazırdır”
Ümumiyyətlə, Azərbaycanda ağsaqqal institutu qədim zamanlardan fəaliyyət göstərir. Bu institut Şah İsmayıl Xətai zamanında Lələlər Məclisi olub. SİA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında çıxışı zamanı bildirib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti Heydər Əliyevin dəstəyi ilə daha da inkişaf edib: "Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur. Nəsilləri birləşdirən rabitə yoxdursa, bu təcrübə gənc nəslə ötürülmürsə, cəmiyyətdə çalxalanma baş verir. Prezident İlham Əliyev də sizinlə işləməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB