Rusiya Qafqazda yeni oyuna başlayır

Politoloq: “Abxaziya dəmir yolu xəttinin açılması Gürcüsatnın ərazi bütövlüyünə təhlükədir”

"Yaxın vaxtlarda Abxaziya dəmir yolu xəttinin açılması ilə bağlı hər hansı bir ciddi addımların atılmasını gözləmirəm". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Abxaziya dəmir yolu xətinin açılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin açılması Gürcüsatnın ərazi bütövlüyünə, onun maraqlarına ziddir: "Abxaziya dəmir yolunun açılması üçün gürcü tərəfindən hansısa əlavə xərclərin ödənilməsi Gürcüstan iqtisadiyyatı üçün prespektiv vəd etmir. Ən əsası isə bu dəmiryolunun Gürcüstanın işğal olunmuş ərazilərində elan olunmuş separatçı rejimi məyyən qədər tanımaq anlamına gəldiyinə görə, gürcü hökuməti bu istiqamətdə dəmir yolu xəttinin çəkilişini planlaşdırmır. Bu məsələ ilə bağlı Tibilisidə "Avronest" parlament assambleyasının iclası zamanı dəfələrlə erməni və gürcü parlamentinin nümayəndələri Gürcüsatan prezidenti ünvanlayıblar. Müraciətə əsasən Gürcüstanın işğal olunmuş əraziləri azad olunmayana qədər bu yolun açılmağı ilə bağlı ciddi narzalıq ifadə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə