Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu il keçiriləcək prezident seçkilərinə heç bir namizəd irəli sürməyib. Bunu SİA-ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib.
Sədr müavinin sözlərinə görə, AXCP Müsavat Partiyasından fərqli olaraq ölkədəki bütün qüvvələrin birləşərək birgə mübarizə aparmasını dəstəkləyir: "Bu baxımdan adıçəkilən partiya prezidentliyə namizədlə bağlı hələlik heç bir fikir irəli sürməyib. Hesab edirəm ki, AXCP noyabr ayında keçiriləcək seçkilərlə bağlı qəti mövqeyini açıqlamaq niyyətindədir. Bunun üçün də gözləmək lazımdır. Partiya hazırda prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşır. Bu hazırlıq mərhələsində sözügedən partiya böyük birliyin tərəfdarıdır. Bu baxımdan da qərar qəbul olunub ki, istənilən partiya namizədliyini irəli sürə bilər. Ancaq AXCP isə seçkilərdə iştirakla bağlı qərarın verilməsinə tələsməmək lazım olduğunu düşünür. Bununla yanaşı, biz seçici ilə bağlı əvvəlki mövqeyimizi saxlayırıq. May ayında partiyamız seçkilərdə iştirak edib-etməyəcəyinə dair son qərarını ortaya qoyacaq.
Razi Nurullayevə seçkilər öncəsi müxalifət tərəfindən "kölgə kabinəsi" adı verilən siyahının tərtib edilməsinə münasibət öyrənməyə çalışsaq da, o sözümüzü ağzımızda qoyaraq, bundan yan ötməyə çalışdı. Son cavabı isə belə oldu: "Hələ bütün bunlarla bağlı qəti mövqe ortalığa qoyulmayıb. Bu, Müsavat Partiyasının rəsmi mövqeyi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB