Rusiyanın Əsəd rejimi ilə müxaliflərinin Moskvada görüşməsi təklifinə rəsmi Dəməşq rədd cavabı verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov atəşkəsin təmin olunması üçün Suriya Milli İnqilab Şurasının sədri Muaz əl Xətiblə Suriyanın xarici işlər naziri Vəlid Müəllimin Moskvada görüşməsini təklif edib. Ancaq Əsəd rejimi təklifi qəbul etməyib. Bununla bağlı Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Tərəflər arasında müzakirələr olacaqsa, Suriya ərazisində olmalıdır", - deyilib.
Əl Xətib də "Twitter"dakı açıqlamasında Moskvada görüş keçiriləcəyinə dair xəbərləri təkzib edib. Əl Xətib Suriya rejiminin hakim olduğu torpaqlarda müzakirə tələbini rədd edərək müxalifətin əlindəki "azad edilmiş" torpaqlarda görüş keçirilməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB