Millət vəkilləri Gürcüstana yola düşüblər

Bu gün Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın Siyasi komitəsinin iclasına qatılmaq üçün fevralın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə yola düşəcəklər. SİA-nın məlumatına görə, iclasda "Şərqi Avropadakı tərəfdaş ölkələrdə regional təhlükəsizlik çağırışları" mövzusunda məruzə layihəsi təqdim olunacaq. İki gün davam edəcək ilkin müzakirələrdə deputatlarımız rəy və təkliflərini bildirəcəklər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti üzvlərinin də daxil olduğu Avronest PA nümayəndə heyətinin üzvlərinin Gürcüstan Prezidenti M.Saakaşvili, Baş nazir Bidzina İvanişvili, Parlament sədri David Usupaşvili ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə