"Kölgə olması üçün əvvəlcə insan olmalıdır ki, onun kölgəsi olsun". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev müxalifət tərəfindən yaradılan "kölgə kabineti"nə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifət neçə illərdir bir vahid namizəd irəli sürə bilmədiyi halda qondarma "kölgə kabineti" yaratmaları gülüncdür: " "Kölgələr günorta yox olur" adlı bir film var. Müxalifətin də yaratdığı kabinet bu filmin adını xatırladır. Belə ki, onlar gün batanda kölgə düşünürlər ancaq günorta olanda kölgələr yox olub gedir. Azərbaycan günəşli ölkədir. Ona görə də onların kabineti də xəyallarındakı kölgə kimi yox olub gedəcək. Bütün bunlar boş nağıldır. Sadəcə məqsəd müxalifətin ətrafında olan insanları saxlamaq üçün ortalığa atılmış oyundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB