Mübariz Qurbanlı: “YAP dövlət vəsaitini qanunvericiliyə uyğun şəkildə istifadə edəcək” MÜNASİBƏT
"Azərbaycanda siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır". Bunu SİA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsünə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ümumiyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib: "Beləcə, dövlət tərəfindən ayrılan vəsait qanunda müəyyən olunmuş qaydalar üzrə partiyanın inkişafına sərf olunacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün də istifadə olunacaq. Bu maliyyə, partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək. YAP ölkəmizin aparıcı partiyası kimi özünün maliyyə xərclərini ödəməyə qadirdir. Hesab edirəm ki, digər siyasi partiyalar da büdcədən ayrılan vəsaiti cəmiyyət üçün faydalı olan məsələlərə də sərf edəcəklər".
.jpg)
Asim Mollazadə, Demokratik İslahatlar Partiyasının sədri
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə bildirib ki, Dövlət büdcəsindən ayrılmış bu vəsait yaxın gələcəkdə qanunla müəyyən olunmuş qaydada partiyanın tədbirlərinin, regionlarda DİP-nın təşkilatlarının gücləndirilməsinə və digər məsələlərə sərf olunacaq. Hesab edirəm ki, bununla da partiya ilə xalq arasında təmaslar daha da yaxın məcrada inkişaf etdiriləcək. Azərbaycan ilk dəfə öz tarixində demokratik dünyanın təcrübəsindən istifadə edir. Bu, siyasi partiyaların bölgələrdə fəaliyyətini gücləndirməyə xidmət edəcək, həmçinin siyasi partiyaların cəmiyyətdə imkanlarını artıracaq. Gələcəkdə bu vəsait artırıla da bilər, lakin ilkin mərhələ kimi bu, müsbət addımdır.
Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB