Biz cənab prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik. 2013-cü il prezident seçkilərinə start verilməsə belə biz gənclər olaraq, hər zaman sağlam düşünülmüş uğurlu daxili və xarici siyasətə dəstək nümayiş etdiririk. Bunu SİA-ya "Dünya Azərbaycanlıları" İctimai mərkəzinin (DAİM) sədri Zaur Mirzəzadə 2013-cü il prezident seçkiləri öncəsi cənab prezident İlham Əliyevin namizədliyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan gəncliyi hər zaman sağlam düşünülmüş uğurlu xarici siyasətə etibar edib: "Bizim "Dünya Azərbaycanlıları" İctimai mərkəzi olaraq gördüyümüz işlər də məhz bunun nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB