Millət vəkili Qənirə Paşayeva Mehmet Akif Yasinin rəhbərlik etdiyi Türkiyənin media nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatıan görə, Türkiyənin media nümayəndələrini Bakıda görməkdən məmnun olduğunu deyən, millət vəkili Qənirə Paşayeva "bir millət iki dövlət "olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu yüksək dəyərləndirib. Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. Millət vəkili deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 məlum, Avropa Şurası Parlament Assambleyasının 14/16 saylı qətnaməsinə rəğmən, Ermənistan ötən illər ərzində öz işğalçılıq siyasətindən bir addım belə geri çəkilməyib. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı bu işğal faktı ilə heç zaman barışmayıb, barışmır və bundan sonra da barışmayacaq. Qənirə Paşayeva Azərbaycanın sülh tərəfdarı olduğunu, münaqişənin danışıqlar yolu ilə ədalətli həlli üçün bütün vasitələrdən istifadə etdiyini dilə gətirib.
"Ancaq Azərbaycan prezidentinin də dediyi kimi, sülh danışıqları bir nəticə verməsə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək" – deyə millət vəkili sonda sözlərinə əlavə edib.
Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda media nümayəndələrinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb. Türkiyənin media nümayəndələri Azərbaycana ilk dəfə səfər etdiklərini, burada olduqlarından məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər və geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB