Polkovnik: “Azərbaycan Ordusu regionun ən güclü ordusudur?” MÜSAHİBƏ
Azərbaycan Ordusunun polkovniki Rövşən Məhərrəmovun SƏS TV-yə müsahibəsi:
- Rövşən müəllim, Ehtiyatda Olan Zabitlər Birliyi adlı qurumun rəhbəri Yaşar Cəfərli Müdafiə Nazirliyinə qarşı imzatoplama kampaniyasına başlayıb. Hətta həmin insan Azərbaycan ordusuna qarşı qarayaxma kompaniyası aparmaqdan belə çəkinmir. Sizin bu məsələyə yanaşmanız necədir?
- Əvvəlcə gəlin görək, bu insan əvvəllər hansı vəzifələrdə çalışıb və hansı nailiyyətlər qazanıb. Bu insan əvvəllər kadrlar idarəsinin şöbə rəisi olub. Daha sonra onu döyüş bölgəsinə göndərdilər və bir il çəkmədi ki, xidmətə yararsız olması ilə əlaqədar ordudan təxris olundu. O vaxt bu insanın 39-40 yaşı var idi. Bu yaşda peşəkar zabit ordunu tərk etdi. İndi Y.Cəfərli qruplaşma yaradaraq özü kimi insanları ətrafına toplayıb və ordu haqqında (yalan, böhtan, şər və s.) cəfəngiyyata söykənən çıxışlar edir. Axı o hansı səlahiyyəti ilə imzatoplama kompaniyası aparır? Bu insan qeyd edir ki, on minlərlə zabitlərdən imzatoplama kompaniyası aparıb. Ümumiyyətlə, Y.Cəfərli "ehtiyyatda olan on min peşəkar zabit" deyəndə kimləri nəzərdə tutur? Axı Y.Cəfərli sən kimsən ki, hansı savada malik bir insansan ki, ordunun adına ləkə yaxırsan? Məlumdur ki, bu insanın çıxışlarını ermənilər də, qara qüvvələr də, eləcə də ordunu istəməyən insanlar da oxuyur. Hansı ki, həmin qüvvələr Y.Cəfərlinin bu kimi pessimist çıxışlarından istifadə edirlər və orduya ləkələr vururlar. Bunlar ilk növbədə Y.Cəfərlinin özünün şəxsi narazılığından irəli gəlir. Bir sözlə ictimaiyyətin adından danışmağa isə onun heç bir səlahiyyəti çatmır. Sən kimsən ki, imza toplamaqla müdafiə nazirini vəzifəsindən azad edəsən? Bu yalnız Ali Baş Komandan, prezident İlham Əliyevin səlahiyyətində olan bir məsələdir. Sən bələdiyyə sədri seçirsən ki, imza toplayasan? Müdafiə Nazirliyi seçki orqanı deyil. O, təyinatla təyin olunur və öz vəzifəsini icra edir. Əgər bu insan narazıdırsa ordudan təxris olunmayaydı və sonadək xidmət edəydi.
- Müxalifət öz nəzarətində olan mətbuatda Azərbaycan ordusunda baş verən özbaşınalıqdan, qarşıdurmadan, eləcə də müxtəlif intiriqalar zəminində meydana gələn münasibətlərdən yazılar dərc edirlər. Onlar hətta xırda bir məsələni böyüdərək faciə həddinə çatdırırlar və bundan sanki təsəlli tapırlar. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan ordusu xalqındır. Hətta Ali Baş Komandan, cənab prezident İlham Əliyev də bu yaxınlarda çıxışlarının birində qeyd edib ki, "orduya qara qüvvələr ləkə yaxırlar". Hadisə hər bir yerdə ola bilər. Təkcə ABŞ Departamentinin rəhbəri çıxışında bildirir ki, ABŞ-ın Əfqanıstanda 350-yə yaxın peşəkar əsgərləri özlərini asaraq intihar ediblər. Amma bizim orduya gələn əsgərlər isə18 yaşlarında cavan uşaqlar olur. Təbii ki, bunlar peşəkar əsgərlər deyil. Onlar öz xidmətlərini sonadək başa çatdırdıqdan sonra peşəkarlıq səviyyəsinə yüksələ bilərlər. Müxalifət hər zaman Azərbaycan əsgərinin hər hansı bir şəraitdə həlak, şəhid olmasını və yaxud da hansısa döyüş şəraiti olmayan hallarda dünyasını dəyişməsini şişirdərək dünya ictimaiyyətinin diqqətini ölkəmizə qarşı yönəltməyə çalışıb. Əvvəla bizim əsgərlər bağça, məktəb və öz valideyinləri tərəfindən orduya hazırlanmalıdırlar. Hər bir məktəbdə hərbi hazırlıq dərsləri keçirilir. Əgər biz Sovet dövrünə nəzər salsaq görərik ki, ehtiyyatda olan polkovniklər, polkovnik-leytenantlar və mayorlar gənclərə dərs deyib. İndi isə idman, əmək təlimi müəllimləri hərbi müəllimləri əvəz edir. Əsgər orduya gəlirsə, o artıq əlində silah tutmağı bacarmalıdır. Yəni bu hazırlıq, əsgərliyə qədər yox səviyyəsindədir.
- Son dövrlər Azərbaycan ordusunda xoşagəlməyən bədbəxt hadisələr (ölüm, intihar) baş verib ki, bundan da ölkəmizi istəməyən bəzi qüvvələr yararlanmağa çalışır. Bu dairələr dünyaya birmənalı olaraq çatdırır ki, Azərbaycan ordusunda zorakılıqlar halları var, əsgərlərin həyat şəraiti dözülməz həddə çatıb. Bu barədə sizin fikirləriniz necədir?
- Əgər hər hansı bir əsgər məzuniyyətə yollanırsa və orada bədbəxt hadisə baş verirsə, eləcə də zabit yol qəzasında və s. bu kimi xoşagəlməyən hadisələrin qurbanı olursa müxalifət bunu qeyri-döyüş şəraiti ilə əlaqələndirir. Biz heç vaxt yaddan çıxarmamalıyıq ki, müharibə şəraitində yaşayırıq. Əsgərlər gecə-gündüz əllərində silah torpaqların keşiyində dayanır. Həmin vaxt isə hər bir hadisə baş verə bilər. Müxalifət dairələri bu kimi hallardan yararlanmamalıdır. Əksinə bu insanlar cavanları orduya gəlməmişdən qabaq döyüşə hazırlamalıdırlar. Eləcə də ordu haqqında yüksək səviyyədə təbliğat işi davam etdirilməlidir. Niyə məhz Azərbaycanın milli qəhərmanı Mübariz İbrahimov haqqında statlar gətirilmir? Axı bu insan da ordudan çıxıb? Hazırda ordumuzda yemək, əsgərlərin geyimlə təminatı, eləcə də əsgərlərin, zabitlərin həyat şəraiti yüksək səviyyədədir. Niyə bütün bunlar qeyd olunmur və danışılmır? Bəzi orduya aidiyyatı və ordudan məlumatı olmayanlar ağzına gələni danışırlar. Hesab edirəm ki, bunlar yolverilməzdir. Ali Baş Komandan, cənab İlham Əliyervin rəhbərliyi altında ordu quruculuğu yüksək səviyyədə gedir. Hazırda Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Bütün bunları xalq da, ictimaiyyət də görür və ağı-qaradan ayırd etməyi bacarır.
- Ermənistan prezidenti Serj Sarkisyan bildirir ki, artıq müharibə variantı qaçılmazdır. Həmin insan cəbhə bölgəsində atəşkəsin mütəmadi olaraq pozulmasının başlıca səbəbkarı kimi də ölkəmizi göstərir?
-Əgər Ali Baş Komandan İlham Əliyev döyüş əmri verərsə hər bir əsgər əlində silah öz torpaqlarını düşməndən azad etməyə hazırdır. Belə olan təqdirdə S.Sarkisyan nə deyir qoy, desin. Bu onun öz işidir. Onun indiyənədək söylədiklərinin heç biri düz çıxmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB