Elmar Məmmədyarov İsrailli həmkarı ilə nəyi müzakirə etdi?

Elmar Məmmədyarov İsrailli həmkarı ilə nəyi müzakirə etdi?

Ötən gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin Müdafiə Naziri Ehud Barakla görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyəti vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə, həmçinin enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə