“Mənim Prezidentim” gənclər təşəbbüs qrupu təsis olunub

“Mənim Prezidentim” gənclər təşəbbüs qrupu təsis olunub

Bu gün, "Mənim Prezidentim" gənclər təşəbbüs qrupunun təsis olunması elan olundu. SİA-nın verdiyi xəbərə görə, təşəbbüs qrupunun əsas məqsədi gənclər üçün seçki mədəniyyətinin inkişafına, seçkilərdə iştirakın vacibliyinin təbliğatına, gənclər arasında seçki ilə bağlı məlumatlılığın artırılmasına yönəlmiş müxtəlif tədbirlərin təşkilidir. Təşəbbüs qrupu hər bir gənc üçün açıqdır.

Qeyd edək ki, ideyaları, təşəbbüsləri olan, təşəbbüs qrupunun üzvü olmaq istəyən hər bir gənc [email protected] e-poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə