YAP GB ofisinin rəhbəri: “Gənclər birliyinə 20 mindən artıq gənc üzv olub”
"Ötən dövrdən bu günədək Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyi ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi bütün daxili və xarici siyasəti gənclər arasında çox uğurlu formada təbliğ edib. Məhz bunun nəticəsində bu il YAP GB-nin sıralarına 20 mindən artıq yeni gənc üzv olub". Bunu SİA-ya YAP GB ofisinin rəhbəri Sərraf Hüseynov deyib.
S.Hüseynovun sözlərinə görə, bu gün 250 mindən artıq gənci ətrafında birləşdirən YAP GB ölkənin ən böyük gənclər ordusunu təşkil etməklə bərabər, həmçinin ölkə prezidenti İlham Əliyevin apardığı siyasətin ən böyük dəstəkçisi, bütün seçki proseslərində dövlət başçısının yanında olan ən böyük qüvvədir: "Biz həqiqətən də çox sevindik ki, bizim 600-mininci üzvümüzün özü belə gəncdir. Ötən dövr ərzində gənclər üçün müxtəlif layihələr həyata keçirilib. Buna misal olaraq, liderlik məktəbini, maarifləndirici tədbirləri, debat turnirlərini eləcə də müxtəlif xarici dillər üçün danışıq klublarını göstərə bilərik. Biz həmçinin cənab prezident İlham Əliyevin də bütün səfərlərində çox israrla vurğuladığı Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ötrü böyük layihələr ("Xocalıya ədalət" və s.) həyata keçirmişik. Bu gün YAP GB tək real həyatda deyil virtual aləmdə, sosial şəbəkələrdə də böyük güc sahibidir. Bildiyiniz kimi, Qafqazın ən böyük sosial qrupu olan "Azərbaycan-2013: Qələbə" qrupu YAP GB-ya məxusdur. Bu qrup qısa zaman kəsiyində yaradılsa da demək olar ki, bütün Azərbaycan gənclərini öz ətrafına cəlb etməyi bacarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB