Hər bir hüququ müdafiəçisi və hüquq müdafiə təşkilatı hər bir ölkədə və beynəlxalq təşkilatlar səviyyəsində sərbəstdir və sərbəst olmalıdır. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə bir hüququ müdafiəçisi kimi öz fəaliyyətlərində bu sərbəstlik prinsipindən istifadə edib: "İndiyə qədər hər kəs sərbəst şəkildə araşdırmalar aparıb. Heç kim də buna mane olmayıb. Bu beynəlxalq layihəyə start verəndə bir çox təzyiqlərlə qarşılaşdıq. Son aylarda Azərbaycan hökuməti ilə Almaniya arasında soyuq münasibətlər yaranmışdı. Çoxları hesab edə bilər ki, bu həmin soyuq münasibətlərdən irəli gələn məsələ idi. Təssüflər olsun ki, bəzi qüvvələr bunu belə qəbul edir və təbliğ edirlər. Digər bir məsələ bu beynəlxalq layihənin maliyyələşməsi ilə bağlı idi. Bu məsələni də bir sıra qüvvələr dövriyyəyə saldılar. İlk olaraq deyim ki, bu qeyri-sağlam marağı anlamıram. Azərbaycana bir çox hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar gəlir. Onlar burda tədqiqatlar, araşdırmalar aparır. Heç bir halda nə hökumət səviyyəsində, nə də digər səviyyədə həmin təşkilatların araşdırmalarına mane olunmayıb. Hər kəs şəffaf şəkildə araşdırma və tədqiqatlar aparıb. Bu müşahidələrdən çıxış edərək belə bir monitorinq keçirdik. Biz də Almaniya ilə bağlı bir monitorinq keçirdik. Sual oluna bilər ki, "nə üçün məhz Almaniya?".
Sualın cavabı olaraq bildirim ki, Almaniya, fikrimcə, Avropanın ən demokratik və inkişaf etmiş ölkəsidir. Bunun üçün də monitorinqimizə Almaniyadan başladıq ki, hamsı nəticələrlə qarşılaşacağıq. Ancaq Almaniyada olarkən Frankfurtdakı mitinqin dağıdılması ilə bağlı səhnələrdən dəhşətə gəldim. Bu ölkədə olarkən "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarına da müraciət etmişəm. "Amnesty İnternational" təşkilatının Almaniya ofisinin rəhbəri Aleksandr Boşdan müsahibə almışam. O da Almaniya polisini müsahibədə tənqid edib. Bu, kiminsə adından istifadə etmək sayıla bilərmi? Mənim Almaniya səfirliyi ilə münasibətim yaxşı olub. Lakin Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis. Məndən tələb edirdilər ki, layihənin maliyyə məbləğini açıqla. Mən də demişəm ki, layihəni dəstəkləyənlərdən biri "Black Sea Trast" təşkilatıdır. Almaniyanın Xarici İşlər Nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirsiniz? Bu nə deməkdir? Deməli siz təşkilatlara təsir edirsiniz. Əgər mən maliyyə məbləğinin adını düzgün açıqlasaydım, o zaman gör nələr olardı. Bizim təşkilatın illik büdcəsi 200 min manatdan çox olub. Almaniyaya gedib monitorinq aparmaq nə böyük maliyyə tələb edir ki? Demək, Azərbaycanı tənqid etmək olar, Almaniyanı yox? Mənə fondlar deyir ki, Almaniya Xarici İşlər Nazirliyi bizə sizinlə əməkdaşlıq etməyi tövsiyə etmir. Amma gözləyirdim ki, Almaniya səfirliyi mənə təşəkkür edəcək. Mən hamını tənqid edirəm, buna görə də Azərbaycan hökuməti tərəfindən cəzalandırılıram. İndi Almaniya hökuməti də məni cəzalandıracaq? "Amnesty İnternational" təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil. Burda bunu da açıqlayıram ki, "Amnesty İnternational"ın əsas maliyyəçisi Almaniya dövlətidir. Mən elə bilirdim ki, buna görə mənə təşəkkür edəcəklər və göstərəcəklər ki, demokratiya belə olur. Mən Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar. Bu hərəkət Almaniyaya yaraşmaz. Bizim layihəmiz başqa ölkələrdə də keçiriləcək. Bunun Almaniyadan başlanmasında nə problem var ki?
Mətbuat kopnfransına qatılan Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə deyib ki, Almaniya dövləti Eynulla Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb: "Black Sea Trast" təşkilatı özü bizə müraciət edib. Onlar bildirdilər ki, onunla əməkdaşlıqdan imtina edirik. Bundan əlavə biz demirik ki, Almaniyanı tənqid etmək olmaz. Almaniyada da problemlər mövcuddur. Lakin Almaniya ilə Azərbaycanın problemləri fərqlidir".
E.Fətullayev isə bildirib ki, o, hər şeyi sübutla danışır: "Lakin cənab Hanke düzgün danışmır. Düzdür Almaniya inkişaf etmiş ölkədir, lakin Azərbaycan inkişaf etməkdə olan ölkədir. Almaniyanın 200 illik müstəqillik tarixi var. "Black Sea Trast" təşkilatı mənə müraciət edib ki, Almaniya Xarici İşlər Nazirliyi onlara məktub göndərib ki, niyə Eynullaya dəstək verirsiniz. Bu nə deməkdir? Prezident İlham Əliyev öz çıxışında bildirmişdi ki, "Avropa ölkələrində mitinqlər dağıdılır. İnsanlar döyülür. Onlara qarşı zor işlədilir. Niyə əsas verirsiniz ki, inkişaf etməkdə olan dövlətlərin rəhbərləri bundan istifadə etsin? Deməli problemlər var. Bunu bütün inkişaf etməkdə olan dövlətlərin rəhbərləri deyir. Almaniya dövlət "Black Sea Trast"a məktub yazır ki, Eynullaya dəstək verməyin. Mənə "Black Sea Trast"dan müraciət elədilər ki, bizə tövsiyə olunub ki. sənlə əməkdaşlığı kəsək. Ancaq mən deyim ki, Almaniya səfirliyi digər təşkilatlarada məktub yazıb".
Eynulla Fətullayev Almaniya səfirliyinin sualı, maliyyə mənbəyini də açıqladı: "Almaniyaya səfərlərimin və hazırladığım hesabatın donoru Almaniyanın türk icmasıdır. Ümumiyyətlə, maliyyələşmə məbləği 30 min avro civarıdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB