YAP GB-nın sədr müavini: “Beynəlxalq əlaqələrimiz daha da genişlənib”

YAP GB-nın sədr müavini: “Beynəlxalq əlaqələrimiz daha da genişlənib”

2012-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyi çox məhsuldar işləri ilə yadda qalıb. Belə ki, bu ildə bir sıra yeni layihələr həyata keçirilib və beynəlxalq əlaqələrimiz daha da genişlənib. Bunu SİA-ya YAP GB-nın sədr müavini Samirə Quliyeva bildirib.

Sədr müavinin sözlərinə görə, Azərbaycan gəncliyinin YAP sıralarına cəlb olunmasında, onların öz potensialını, bacarığını, intellektini ortaya qoyulması istiqamətində geniş imkanlar yaradılıb: "Təbii ki, bütün bunlarla kifayətlənmək olmaz. 2013-cü ildə də bir çox layihələrimiz vardır ki, biz bu layihələr vasitəsilə gənclər üçün açılan meydanları daha da genişləndirmək fikrindəyik. Bununla belə Azərbaycanın həqiqətlərini, inkişafını, ölkədə cərəyan edən proseslərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında istiqamətində müxtəlif beynəlxalq layihələrin təşkili nəzərdə tutulub. 2013-cü il həm də prezident seçkiləri ili olduğundan xüsusi önəm kəsb edir. Gənclərlə birlikdə bu sahədə də lazımi işlərin həyata keçirilməsinə çalışacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə