AGAT-ın sədri: “Bəzi qruplar etirazdan öz maraqları üçün istifadə edir”
Yanvarın 26-da müxalifətin növbəti dəfə keçirdiyi icazəsiz aksiya zamanı artıq İsmayıllı rayonunda tam sabitlik bərqərar olmuşdu. Eləcə, adı çəkilən rayondan heç bir gənc bu aksiyaya qatılmadı. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib.
Onun sözlərinə görə, bu kimi aksiyaların başlıca məramı, məqsədi kimə ünvanlanması belə hələ də mənə qaranlıq qalır: "Əgər bu İsmayıllı rayondakı hadisələrlə bağlı idisə, axı nəyə görə həmin rayonun gəncləri burada iştirak etmədi? Yox, əgər bu hökumətə qarşı yönəlmişdisə, bəs onda nəyə görə aksiyanın adı İsmayıllı ilə bağlı idi? Hər bir halda mən bu kimi icazəsiz aksiyaları heç də yaxşı qarşılamıram. Çünki bu aksiya zamanı nə sosial bazadan söhbət aparmaq olardı, nə də ki, bu insanların məqsədlərinin nədən ibarət olmasından. Bəzi qruplar etirazdan öz maraqları üçün istifadə edir. Düşünürəm ki, bu tip aksiyalardansa, Azərbaycan üçün daha mühüm və əhəmiyyətli işlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB