İsa Qəmbərin Ləkərana ikinci səfəri baş tutacaqmı?

İsa Qəmbərin Ləkərana ikinci səfəri baş tutacaqmı?

Bu gün Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20 illiyi ilə bağlı tədbirdə iştirak etmək məqsədilə partiyasının başqanı İsa Qəmbər Lənkərana səfər edib. SİA-nın məlumatına görə, İsa Qəmbərin korteji Göytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə də Partiyanın başqanı Lənkərana getməyə cəhd etmişdi. Lakin şəhərin girişində şəhid ailələri tərəfindən İsa Qəmbərin maşının qarşısı kəsilərək yumurta atəşinə tutulmuşdu. Başqan isə geri qayıtmağa məcbur olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə