Bu gün dağıdıcı müxalifət yenidən qanunsuz aksiya keçirməyə cəhd göstərdi. Əvvəlki qanunsuz aksiyalarda olduğu kimi, bu dəfə də ətrafına tərəfdar toplaya bilməyən dağıdıcı müxalifət yenidən məyus oldu. SİA-nın verdiyi məlumata görə, qanunsuz aksiyaya gələn şəxslərin məcburi, hansısa şərtlər altında gətirildiyi açıq görünürdü. "Silahları üstümüzdən çəkin", "İsmayıllı oyaqdır" kimi şüarlar səsləndirməklə isə onlar əslində kimdən və hansı təşkilatdan dəstək və göstəriş aldıqları ortada idi.
Aksiya gələnlər özləri də hərəkətləri ilə göstərdilər ki, onlar sadəcə siyahıya düşmək üçün bu aksiyaya qatılıblar. Çünki onların siyahısı dağıdıcı müxalifət üçün əsasdır. Aksiyadan sonra dağıdıcı müxalifət mətbuatına diqqət yetirsək, görərik ki, yazılanlar və çəkilən şəkillər reallığı əks etdirmir. Çünki şəhərin mərkəzində - Fəvvarələr Meydanında xüsusilə Sahil bağında aksiya zamanı 30-40 nəfərin iştirak etdiyi halda, bunlar qəzetlərində, internet portallarında yazdıqları rəqəmlər çox şişirdilib.
Aksiyada diqqəti çəkən əsas məqamlardan bəzi jurnalistlərin hadisəni işıqlandırmaq adı altında əksinə aksiyanı qızışdırmağa və insanları bura cəlb etmələri idi. Özünü "Azadlıq Radiosu"nun əməkdaşı kimi qələmə verən Xədicə İsmayılova və digər bu kimi jurnalistlər əslində bu aksiyaya qatılmaqla əsas məramlarının nədən ibarət olduğunu aydın şəkildə büruzə verirdilər. Hər zaman özünü hüquq müdafiəçisi kimi qələmə verən Xədicə İsmayılova və digər bu kimi insanların mətbuat haqqında qanundan, jurnalistin davranış kodeksindən, öz hüquq və vəzifələrindən xəbərləri yoxdur. Hər gün radio efirindən "hamının başına ağıl qoyan" bu xanım qanunlarımıza hörmət etməməklə bir daha özünün kimliyini, hansı qüvvələrə işlədiyini göstərir.
Bu kimi insanların başlıca məqsədi belə aksiyalara cəhdlər etməklə özlərinin sosial bazasının olmamasından diqqəti yayındırmaqdır. Dağıdıcı müxalifət təmsilçiləri belə bir rüsvayçı hərəkətlərdən istifadə etməklə, rəzil simalarını bir daha nümayiş etdirdilər.
İcazəsiz keçirilən aksiya zamanı həbs edilənlər də oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB