Səməd Seyidov: “Quru divara nə kürü, nə də neft ləkəsi yapışmaz”

Səməd Seyidov: “Quru divara nə kürü, nə də neft ləkəsi yapışmaz”

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında "kürü" diplomatiyası ilə bağlı Azərbaycanın ünvanına səsləndirilən tənqidləri Azərbaycan nümayəndə heyətinin rəhbəri cavablandırıb. BBC Azərbaycancaya müsahibəsində Səməd Seyidov ölkəsinin "ləkə yapışmayan quru divar" olduğunu deyib: "Nə qədər bizə ləkə vursalar da, kürü ləkəsini vursalar da, neft ləkəsini vursalar da, divar qurudur - yapışar sonra düşər".

Avropa Şurası siyasi məhbuslar üzrə hesabatı qəbul etməməklə Azərbaycana qarşı növbəti addımı "ifşa" edib, deyə Səməd Seyidov bildirib.

BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli ondan sessiyada səslənən "kürü diplomatiyası" tənqidinə münasibət bildirməsini istəyib və Azərbaycanın hansı lobbiçilik vasitələrindən istifadə etməsini soruşub.

Bütün xəbərlər Facebook səhifəmizdə