Mübariz Qurbanlı: “Siyasi məhbuslarla bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir” AÇIQLAMA

Mübariz Qurbanlı: “Siyasi məhbuslarla bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda "siyasi məhbus"larla bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir. Bu hadisə həmçinin, Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Kristofer Ştrasser anti-Azərbaycan qüvvələrinin əlində alətdir və həmin qərəzli hesabatın hazırlanmasında məqsəd ölkəmizin imicinə zərbə vurmaq olub. Onun sözlərinə görə, bəzi qüvvələr "siyasi məhbus" məsələsindən Azərbaycana qarşı təzyiq göstərməyə çalışıblar. Amma Azərbaycan dövlətinin, cəmiyyətimizin sağlam qüvvələrinin prinsipial mövqeyi nəticəsində bu tipli təsir və təzyiqlər dəf edilib.

"Ölkəmiz hər bir sahədə nailiyyətlər əldə etiməkdədir və bütün bunlar bizim müstəqilliyimizi möhkəmləndirən amillərdir. Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Təbii ki, bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri, erməni lobbisini narahat etməyə bilməz. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyekivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. "Siyasi məhbus" məsələsi də bunun tərkib hissəsidir. Amma dediyim kimi Azərbaycan dövləti bu cür cəhdlərə qarşı lazımi cavablar verir, AŞPA-dakı nümayəndə heyətimiz ölkəmizin mövqeyini kifayət qədər güclü müdafiə edir. Eyni zamanda, hesab edirəm ki, AŞPA-da təmsil olunan digər ölkələrin parlamentariləri həmin hesabatın əleyhinə səs verməklə haqqı və ədaləti dəstəklədilər"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə