Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşüb

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşüb

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olmuşdur. SİA-nın məlumatına görə, görüşdə Leonid Kuçma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Qarşılıqlı səfərlərin, xüsusilə də Prezident İlham Əliyev ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı.

Azərbaycan-Ukrayna münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə