Avropa İttifaqı (Aİ) Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir. SİA xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Ermənistan tərəfinin Xocalı aeroportunu işə salmasına münasibət bildirərkən söyləyib.
"Bu istiqamətdə hələ heç nə baş verməyib və biz Xocalı aeroportu ilə bağlı öz fikirlərimizi bildirmişik", - Kobia bildirib.
O deyib ki, Aİ beynəlxalq hüquq çərçivəsində fəaliyyətin tərəfdarıdır: "Biz gərginlik yaradacaq hər hansı bir təşəbbüsə qarşı çıxış edirik. Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının dialoq şəkilində əhəmiyətli olduğunu düşünür".
"Aİ bu istiqamətdə əməkdaşlığın və dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğunu hesab edir", - Kobia deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB