Azərbaycan 2012-ci ildə mühüm nailiyyətlər əldə edib. Bunlardan ən böyüyü Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü qəbul edilməsi və ona sədrlik etməsidir. SİA-nın verdiyi xəbər görə, bu fikirlər bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında keçirilən dəyirmi masada səsləndirilib.
Dəyirmi masada çıxış edən İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin insan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva bildirdi ki, BMT kimi təşkilatın Təhlükəsizlik şurasına Azərbaycanın sədrlik etməsi tarixi hadisədir: "Azərbaycan bu qruma sədr seçilərkən 155 ölkənin səsini qazanıb. Bu ölkədə aparılan müstəqil siyasətin nəticələridir. Həmçinin bu Azərbaycanın qalxmış nüfuzunun, özünün sivil bir dövlət kimi göstərməsinin nəticəsidr. Azərbaycan beynəlxalq hüquqa arxalanan və beynəlxalq münasibətlər qaydasını güdən bir dövlət kimi onların maraqlarına hörmətlə yanaşan bir münasibət qurub. Bütün bunlarla yanaşı, ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən addımlar atılıb. Münaqişə ətrafında bir durğunluq hökm sürməkdədir. Azərbaycan bu durğunluqdan istifadə etməlidir. Hüquqi və hərbi sahədən başqa yeni bir sahədə işlər aparılmalıdır".
Dəyirmi masa iştirakçısı milət vəkili Rasim Musabəyov da ölkəmizin bu il qazandığı uğurlara toxunaraq bildirdi ki, ölkəmiz aparılan balanslaşdırılmlş siyasət nəticəsində regionda və dünyada söz sahibinə çevrilib.
Dəyirmi masa qarşılıqlı diskusiya şəklində davam etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB