Mübariz Qurbanlı: “AŞPA-dakı tənqidlər bizim üçün önəmli deyil”

Mübariz Qurbanlı: “AŞPA-dakı tənqidlər bizim üçün önəmli deyil”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AŞPA-da Azərbaycanla bağlı səslənən tənqidi fikirlərə münasibət bildirib. Deputat açıqlamasında AŞPA-nın sessiyasında Azərbaycanla bağlı müzakirə olunan məsələnin onlar üçün əhəmiyyətsiz olduğunu bildirərək ölkəmizdə keçirilən seçkilərin 1993-cü ildən indiyədək tam demokratik keçirildiyini vurğulayıb.

"AŞPA-da müzakirələr zamanı edilən hər hansı çıxışı AŞPA-nın mövqeyi kimi göstərmək düzgün olmaz. Müzakirələr zamanı kimsə bu fikiri söyləyib. Mən qeyd etmək istəyirəm ki, 1993-cü ildən bu yana Azərbaycanda istər parlament, istərsə də prezident seçkilərində tam demokratik mühit mövcud olub. Bu il də prezident seçkiləri tam demokratik keçiriləcək. Kiminsə belə bir söyləməsi bizim üçün önəmli deyil. Orada hərə biz söz deyir, hərənin bir marağı var. Ona görə AŞPA-a Azərbaycanla bağlı səslənən fikirləri müzakirələr zamanı bizim nümayəndə heyəti tərəfindən əsaslandırılmış şəkildə cavab verirlər. Bu sadəcə əhəmiyyətsiz bir fikirdir. AŞPA əgər belə bir qərar qəbul eləsəydi biz təbii ki, kifayət qədər geniş izahlı cavablarını verərdik. Mətbuatda bu haqda məlumatlar gedir. Qeyd edim ki, belə bir tənqid bildirmək bizə o qədər də təsir eləmir. AŞPA-da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Müxalifət mətbuatda bu məsələ ətrafında yerli-yersiz hansısa fikir yaratmaq istəyir. AŞPA-a təkcə Azərbaycanla bağlı tənqid səslənmir, başqaları üçün də tənqid səslənir", – deyə millət vəkili bildirib.

Anar RÜSTƏMOV

Bütün xəbərlər Facebook səhifəmizdə