"Türkiyə NATO-ya üzv ölkə kimi təşkilatın proqramına uyğun olaraq öz sərhədlərində patriot zenit raket komplekslərini yerləşdirməsi təbiidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anatoli Kornukovun Türkiyənin Suriya sərhədinə yerləşdirəcəyi "Patriot" raketlərinin Ermənistan üçün təhdid olması ilə bağlı verdiyi açıqlamanı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, ağa qara deməkdən başqa bir şey deyil: "Rusiyanın müttəfiqi Ermənistan da NATO ilə əməkdaşlıq proqramının iştirakçısıdır. Həmin sorğular Ermənistana da verilməlidir. Bu gün tərəflər arasındakı gərginliyi azaltmaq və işğal olunmuş torpaqların azad olunması üçün işlər görmək əvəzinə, ehtiyyatda olan rus generalları məsləyə başqa prizmadan baxırlar. Bunu cəmiyyətə qəbul etdirməyə çalışırlar. Hesab edirəm ki, bu doğru addım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB