Eldar Namazov yaradılması planlaşdırılan "Milli Şuraya" rəhbərlik etmək və Müsavat və AXCP-ni, onlara yaxınlığı ilə seçilən qurumları "müttəfiq" adı altında öz ətrafında birləşdirəcəyini düşünməsi qeyri-realdır. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Eldar Namazovun "Milli Şura" yaratmaq utopiyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər bir insan utopiyaya qapıla bilər: "Hesab edirəm ki, heç vaxt Azərbaycanda kütləvi şəkildə insanlar bu təşkilata üz tutsunlar. Müxalifət cəbhəsində Müsavat və AXCP bu təşkilata üz tuta bilər. Bu isə heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki bu partiyalar sadəcə olaraq tarixi adlarına görə yaşayırlar. Belə bir zamanda böyük şura yaratmaq iddiası absurddur. Ancaq belə görünür ki, müxalifət cəbhəsi bütün təşəbbüsü itirib. Ancaq gözləyirlər ki, hansısa kənar qüvvədən yardım alacaqlar və ya Elşad Abdullayev video yayacaq onun üzərində təbliğatlarını aparacaqlar. Bütün bunların baş verməsi inandırıcı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB