Leyla Yunusu ovsunlamış erməni məhəbbəti MÖVQE

Leyla Yunusu ovsunlamış erməni məhəbbəti MÖVQE

Erməni rəfiqəsi ilə işbirliyi yapan Leyla Yunusun anti-Azərbaycan fəaliyyəti "İctimai dialoqlar" adlı yeni saytla davam edir

Anti-Azərbaycan qüvvələrə xidmətdə xüsusi dəsti-xətti olan Leyla Yunus ermənilərlə iş birliyini genişləndirir. Daha çox ermənilərin Azərbaycanda emissarı kimi tanınan "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri L.Yunus ermənilərlə daha da sıx əməkdaşlıq məqsədilə bu ölkənin "Region" Araşdırma Mərkəzi ilə yeni layihələr həyata keçirir. Hətta, bu iki oyuncaq təşkilat bilikdə "İctimai dialoqlar" saytı da yaradıblar. Mətbuata açıqlamasında bu saytı internet-diskussiya və mətbuat konftanları üçün meydança olduğunu deyən L.Yunus əslində çirkin məqsədlərini ustalıqla gizlədir. Həqiqət isə ondan ibarətdir ki, bu saytın yaradılması işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı yönəlmuş işğalçı siyasətinin genişləndirilməsinə xidmət edir. Mənfur ermənilərin çirkin siyasətini ört-basdır etməyə və fevralda Ermənistanda keçiriləcək prezident seçkilərində Serj Sarkisyanın təbliğatına dəstək məqsədi ilə yaradılmış bu sayt artıq fəaliyyətdədir.

Sayta müsahibə verən Ermənistanın "İrs" partiyasının sədri Raffi Ovannisyan da Ermənistan-Azərbaycan münasibətlərini cılız düşüncələri ilə şərh edib. Erməni siyasətçi Azərbaycanın işğal altında olan ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi qələmə verməklə cəfəngiyyat fikirlər səsləndirilib.

R.Ovannisyana Ermənistanda fevralda keçiriləcək prezident seçkiləri ilə bağlı suallar ünvanlanıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sualın və bircə kəlmə açıqlamanın olmadığı səbəbindən qətiyyətlə deyə bilərik ki, L.Yunus və onun yaxın ətrafı (jurnalistlər) erməni havasına lap sındıra-sındıra oynayırlar. Azərbaycanda uzun müddət mövcud olan ictimai-siyasi sabitliyə və bunun sayəsində əldə edilmiş iqtisadi dirçəliş Ermənistan və onun havadarlarını narahat etdiyi kimi L.Yunusun da kürkünə birə salıb. Birmənalı şəkildə qeyd etmək olar ki, L.Yunus açıq şəkildə Anti-Azərbaycan yolunu tutub.

Rauf Zeyni: "Azərbaycan torpaqları işğal altında olduqca heç bir QHT nümayəndəsi ermənilərlə iş birliyinə gedə bilməz"

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun erməni təşkilatları ilə iş birliyini "Səs" qəzetinə şərh edən "Milli QHT Forumu"nun prezidenti Rauf Zeyni bildirib ki, bu ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz: "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, dövlətçiliyimizin və milli maraqların qorunması, Qarabağ həqiqətlərinin, milli mədəni irsimizin dünyada yayılması istiqamətinə tolerantlıq və digər sahələrdə çox böyük naliyyətlərimiz var. Leyla Yunus və onun kimilərin apardığı anti-Azərbaycan fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz".

R.Zeyni onu da qeyd edib ki, L.Yunusun apardığı işlər yenilik deyil: "Hesab edirəm ki, nə zamana qədər Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan vətəndaşı, Azərbaycanın Qeyri Hökumət Təşkilatlarının nümayəndələri heç bir erməni və heç bir erməni təşkilatı ilə iş birliyinə gedə bilməz. Biz buna qəti olaraq etirazımızı bildiririk. Həmin yaradılan sayt da Ermənistan və Böyük Britaniya səfirlərinin dəstəyi ilə həyata keçirilən layihədir. Bunu demokratik dəyərlər kimi təqdim edirlər. Amma bizim milli maraqlarımızdan çıxış edərək birmənalı şəkildə deyə bilərik ki, L.Yunus və onun kimilər Raffi Ovannisyanların çıxış etməsi üçün meydan yaradırlar. Hesab edirəm ki, bu kimi hallar yolverilməzdir, qəbuledilməzdir".

Araz Əlizadə: "İsa Qəmbər kimi siyasətçilər separatçılığın bünövrəsini qoyan erməni hərəkatçıları ilə əməkdaşlıq haqqında müqavilə imzalayırlar"

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu əməkdaşlığın kökünün dayaz olmadığını bildirib. Qeyd edib ki, Azərbaycanda İsa Qəmbər kimi siyasətçilər də separatçılığın bünövrəsini qoyan erməni hərəkatçıları ilə əməkdaşlıq haqqında müqavilə imzalayıblar: "Raffi Ovannisyan Ermənistanın xarici işlər naziri olub. Hesab edirəm ki, Azərbaycana qarşı olan fəaliyyət, Dağlıq Qarabağdakı separatçılıq, xaricdən, ilk növbədə Fransa və ABŞ-dan olan ermənilər tərəfindən maliyyələşir. İndinin özündə də bu qüvvələr ermənilərə havadarlıq edirlər".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə