Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinə daxil olan müəssisə və şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Bu barədə SİA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə məqsəd iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi və perspektivlərinin müzakirəsi olub.
Yanvarın 25-dək Azərbaycanda olması planlaşdırılan nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB