Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı: Cənubdan ölkə ərazisinə nisbətən isti hava cərəyanlarının daxil olması səbəbindən yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraitinin davam edəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Yanvarın 22-dən 24-dək Abşeron yarımadasında mülayim isti hava şəraiti davam etsə də, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB