"İrana qarşı tətbiq olunan sanksiya rejimi sanki Ermənistan üçün işlək deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistanın İranla münasibətlərinin nə üçün beynəlxalq təzyiqlərə və təsirlərə məruz qalmaması sualını cavbalandırarkən deyib. Onun sözlərinə görə, Ermənistan Avropa Birliyinin qərarlarını öz parlamentində ratifikasiya etmədiyindən qəti şəkildə ondan tələb edə bilmir: "Ancaq məlum olduğu kimi, keçmişda ABŞ Ermənistanla İran arasında müxtəlif xarakterli hərbi, siyasi və bir sıra iqtisadi əlaqələri öz maraqlarına təhlükə saydığından ciddi xəbərdaredici mövqedən çıxış edib. Hətta açıq şəkildə bu ölkəyə edilən milli yardımları kəsəcəyi ilə hədələyib. Mənafelər tələb edəndə bunu etməyə qadirdirlər. Ermənistan və İran arasında getdikcə sıxlaşan və dərinləşən münasibətlərində beynəlxalq aləm üçün önəmli olan deyil, daha çox Azərbaycanın maraqlarını təhdid edən maraqlar qabardırmalıdır. Hesab edirəm ki, sanksiyalara pozucu təsirini göstərən Ermənistan bu sanksiyalara məruz qalmalıdır. Məlumdur ki, İran Ermənistan üzərindən ticari əlaqələrini həyata keçirir. Ancaq sirr deyil ki, biri təcavüzkarlıq səbəbindən digəri isə beynəlxaq hüquq prinsiplərini tanımayaraq nüvə, terror, islam inqlabları və digər siyasətlərinə görə, hər iki dövlətin beynəlxalq durumu eyni səviyyədədir. Bu iki oxşar dövlət beynəlxalq aləmin maraqlarını təhdid edirsə hər ikisinə eyni dərəcədə təzyiq göstərilməlidir.
Qeyd edək ki, Iran əleyhinə sanksiya rejimi getdikcə sərtləşməkdədir. Bu sanksiyalar İran üzərində iqtisadi, sosial nəticələri doğurur. Buna görə də İran rejimi daha da qəddarlaşıb. Xalqla problemlərini həll etmək üçün atdığı addımlar daha çox regional gərginliyi artırır. Bunun üçün müəyyən yolar axtarır ki, bu izolyasiyadan çıxa bilsin. Həmçinin də beynəlxalq miqyasda qərb əleyhinə mübarizəsini davam etdirsin. Bütün bunlara görə İran Ermənistandan tranzit ölkə kimi istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB