Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. SİA-nın məlumatına görə, səhər saatlarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə