"Hamımız yaxşı bilirik ki, Ermənistanda rus hərbçilərinin xidmət etdiyi hərbi bazanın olduğunu hər kəs bilir. Buna görə də onlar arasında hərbi-texniki saziş imzalanması məntiqə uyğundur". SİA-nın verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistanla Rusiya arasında hərbi-texniki razılaşma əldə olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əsas məsələ budur ki, Minsk Qrupunun həmsədri kimi Rusiya imicini necə qoruyacaq: "Sazişin məzmununu bilmirəm, lakin hər şey açıq, şəffaf olmalıdır ki, bütün həmsədrlər Rusiya ilə Ermənistan arasında nələr baş verdiyini bilsin. Bu məsələlər bilinmədən etimad olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB