Rauf Zeyni: ““Freedom House”u ədalətli olmağa səsləyirik” MÖVQE

Rauf Zeyni: ““Freedom House”u ədalətli olmağa səsləyirik” MÖVQE

Biz dəfələrlə "Freedom House" beynəlxalq təşkilatının dərc etdirdiyi illik hesabatlarda ölkəmizə yönəlik qərəzliliyə, qarayaxmalara, ədalətsizliyə qarşı öz etirazımızı bildrimişik. Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Freedom House" beynəlxalq təşkilatının son hesabatına münasibət bildirərkən deyib.

R.Zeyninin sözlərinə görə, təəssüflər olsun ki, adını beynəlxalq təşkilat qoyan "Freedom House" özü elə beynəlxalq hüquq normalarına, ədalət prinsilərinə zidd mövqe sərgiləyir: "Əgər bu təşkilat Azərbaycanla bağlı hər hansı bir iddia ilə çıxış edirsə, onda Ermənistan dövlətinə qarşı da bu addımı atsın. Biz sadəcə həmin təşkilatı ədalətli olmağa, hər şeyi birdaha öz gözləri ilə görüb daha sonra qərar çıxarmağa səsləyirik".

Mətbuat şurasının sədr müavini Umud Rəhimoğlu

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu isə hesab edir ki, bizim özümüz bu kimi proseslərdə daha fəal olmalıdır: "Mən vaxtikən Amerikanın (ABŞ) beynəlxalq nüfuzlu təşkilatı olan "Freedom House"un baş qərargahında olarkən belə məsələyə ciddi şəkildə etirazımı bildirdim. Təbii ki, bizlərin hər biri ölkəmizin bütün uğrularını, inkişafını layiqli şəkildə təqdim etməyi bacarmalıyıq. Biz internet resurslarından düzgün istifadə etməklə, heç bir pərakəndəliyə yol vermədən ölkənin mövcud reallıqlarını dünya ictimaiyyətininj diqqətinə çatdıra bilərik. Hər bir şey danışıqla, münasibət əsnasında cərəyan etməlidir. Mən burada vətəndaş cəmiyyətinin böyük rolu ola biləcəyi fikrindəyəm. Eləcə də qeyri-hökümət təşkilatları (QHT), ölkə mediası burada fəal rol oynamalıdır. Əsasən də tələbə gənclərimizin bu istiqamətdə böyük potensialı mövcuddur. Çalışmaq lazımdır ki, "Freedom House" və digər bu kimi təşkilatlar düzgün mövqe seçsinlər. Bu gün Azərbaycanda təxminən 7-8 minə yaxın xarici tələb təhsil alır ki, onların da hər biri öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqqında müəyyən fikirlər söyləmək iqitdarına malik olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə