Ermənistan daim beynəlxalq qanunları pozur

Elçin Mirzəbəyli: "Suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi beynəlxalq hüquqa ziddir"
Ermənistan daim beynəlxalq qanunları pozur

Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi kobud şəkildə beynəlxalq hüququn pozulması deməkdir. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan qaçqınları qəbul etdiyi halda onların təhlükəsizliyinə təminat verməlidir: "Qaçqınların yerləşdirilməsində lazımi faktlar var, buna görə də Ermənistan onlara əməl etməlidir. İşğalçı dövlət Azərbaycan ərazilərində qaçqınları məskunlaşdırmaqla beynəlxalq hüquq normalarını pozur. Hesab edirəm ki, Ermənistanın bu addımından heç də təəccüblənmək lazım deyil. Çünki işğalçıdan hər bir hərəkəti gözləmək olar. İlk olaraq beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməlidir. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası ilk olaraq bu məsələyə hüquqi qiymət verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə