"ABŞ Dövlət Departamenti və digər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda "Freedom House" təşkilatı işğal olunmuş ərazini ayrıca bölgə kimi göstərir və onu qismən azad bölgə kimi xarakterize edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə təşkilatın Azərbaycanla bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu təşkilatın hesabatları dünya ölkələrinin heç birində təəəccüb doğurmamalıdır: "İşğal olunmuş ərazinin nə vaxtdan qismən azad bölgə elan olunduğunu həmin hesabatın tərtibatçılarından ciddi surətdə öyrənmək lazımdır. Eyni zamanda beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi qınadığı halda, "Freedom House"un hesabatı kifayət qədər qərəzli və çirkin olduğunu göstərir. Azərbaycanda demokratikləşmə, Avropaya inteqrasiya və insan hüquqlarının qorunması üçün görülən böyük işlərə baxmayaraq, Azərbaycan qeyri-azad ölkə kimi xarakterize olunur. Bir sözlə "Freedom House" isbat etmək istəyir ki, beynəlxalq hüquq normalarını tanımır və demokratiyadan anlayışı yoxdur. "Freedom House" təşkilatının hesabatları Azərbaycanı ayrı -ayrı ölkələrin gözündə nüfuzdan salmağa hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB