İranın məqsədi Urmiya gölünü xilas etməkdir, yoxsa...

İranın məqsədi Urmiya gölünü xilas etməkdir, yoxsa...

İran rəhbərliyinin səhv siyasəti nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Bu münasibətin nəticəsində də Urmiya gölü böyük ekoloji faciə ilə qarşı qarşıyadır. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Araz çayının Urmiya gölünə axıdılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu faciəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək lazımdır: "Azərbaycan suya ehtiyacı olan ölkələrdəndir. Bu məsələdə də Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq çıxış etməlidir. İran Ermənistan müttəfiqliyi isə hər zaman yüksək səviyyədə olub. Bu sahədə də müttəsiqlikləri göz qarşısındadır. Araz çayı üzərində birgə istismar etdikləri Mehri Su Elektrik Stansiyası buna misal ola bilər. Hal hazırda İranın iqtisadi nöqteyi nəzərdən ən çox əməkdaşlıq etdiyi ölkələrdən biri məhz Ermənistandır".

Xatırladaq ki, İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Layihəyə görə Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə