Nazir baş katibi qəbul edib

Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb.

Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

Qeyd edək ki, görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

Görüşdə həmçinin İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə